İran İsrailin son hücumuna nə vaxt cavab verəcək? Araqçı açıqladı

05.11.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İranın İsrailin son hücumuna reaksiyası lazımi anda veriləcək”.

Globalinfo.az xəbər verir ki. bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

“Tehranın İsrailin son hücumuna cavabı doğru zamanda veriləcək. Ancaq İran İsraildən fərqli olaraq gərginlik istəmir. Bununla belə, İran İsrail rejiminin təcavüzkar hərəkətinə vaxtında cavab verəcək”, – deyə Araqçı vurğulayıb.

Xatırladaq ki, o, İsrailin oktyabrın 26-da həyata keçirilən hücumu nəticəsində dörd İran əsgəri və bir mülki şəxs həyatını itirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью