İran İsraillə atəşkəsdən sonra internet məhdudiyyətlərini yumşaldır

25.06.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran hakimiyyəti atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İsraillə 12 günlük müharibə zamanı tətbiq edilən internet məhdudiyyətlərinin mərhələli şəkildə yumşaldıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Kiber Komandanlığı dövlət mediasının verdiyi açıqlamada "Rabitə şəbəkəsi tədricən əvvəlki vəziyyətinə qayıdır" deyib.

Ölkənin rabitə naziri Səttar Haşimi "X" sosial şəbəkə səhifəsində: “Şərtlərin normallaşması ilə rabitəyə çıxış əvvəlki səviyyəsinə qayıdıb”, - deyə yazıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью