İran: İstənilən təcavüz aktının ciddi nəticələri olacaq

18.03.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İran ABŞ prezidenti Donald Trampın Yəmənlə bağlı Tehrana qarşı ittihamlarını və təhdidlərini rədd edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına göndərdiyi məktubda "İslam Respublikasına qarşı hər hansı bir təcavüz aktının ciddi nəticələri olacağını" bəyan edib.

Bizimyol.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ rəsmilərinin, xüsusilə də Trampın Tehrana qarşı “ehtiyatsız və təxribatçı” bəyanatlarını qətiyyətlə rədd edir və pislədiklərini bildirib.

Trampın təhdidləri ilə bağlı: “İstənilən təcavüz aktının dəhşətli nəticələri olacaq və ABŞ buna görə tam məsuliyyət daşıyacaq. Tehranın Yəməndəki husiləri silahla təmin etməsi ilə bağlı ittihamlar yalandır və yəmənlilər öz qərar və hərəkətlərində müstəqil hərəkət edirlər”, - deyə məktubda qeyd edilir.

Həmçinin məktubda ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumları bu ölkənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması, sülh və sabitliyə təhdid kimi qiymətləndirilib və Təhlükəsizlik Şurasından ABŞ-ın hücum və təhdidlərinə qarşı lazımi addımları atmağa çağırılıb.

İsrailin Qəzzada törətdiyi soyqırım və mühasirəyə cavab olaraq Qırmızı dənizdə İsrailə yük daşıyan gəmiləri hədəfə alan Yəməndə husilərə ağır hücumlar təşkil edən ABŞ prezidenti Donald Tramp Husilərin hücumlarının İrandan qaynaqlandığını və bunun "dəhşətli nəticələrini" Tehran rəhbərliyinin çəkməli olacağını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью