Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran bir gün əvvəl İsveçin atdığı analoji addıma cavab olaraq, bu ölkənin diplomatından ölkəni tərk etməsini tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb və Stokholmun hərəkətlərini "əsassız" adlandırıb.
Çərşənbə günü İsveçin Xarici İşlər Nazirliyi İran səfirini çağırıb və İranın Stokholmdakı səfirliyinin əməkdaşının ölkəni tərk etməsini tələb edib. İsveç XİN-dən bildirilib ki, onun fəaliyyəti diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olmayıb.
Öz növbəsində, İran XİN İsveçin Tehrandakı səfirini çağırdığını və Stokholmun İrana qarşı siyasəti ilə əlaqədar etirazını bildirdiyini açıqlayıb.
İran XİN-də, xüsusən də, "İrana qarşı təhqiramiz ritorika" və "anti-İran terrorçu ünsürlərə və qruplara" sığınacaq verilməsi tənqid olunub.