İran İsveçrədə planlaşdırılan danışıqları son anda təxirə salıb

19.06.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran tərəfi İsveçrədə keçirilməsi nəzərdə tutulan danışıqlar raundunu rəsmi başlanğıcdan cəmi bir neçə saat əvvəl təxirə salıb. Məlumata görə, qərar Yaxın Şərqdə artan gərginlik fonunda qəbul olunub.

Bizimyol.info xəbər verir ki, "C14 News Agency"nın yaydığı məlumata əsasən, danışıqların təxirə salınması İsrail ordusunun Livanın cənub hissəsində həyata keçirdiyi hərbi əməliyyatlara etiraz kimi qiymətləndirilir.

İran tərəfi rəsmi açıqlamada “Hizbullah”ın fəaliyyəti ilə bağlı geniş şərh verməsə də, bölgədə atəşkəs rejiminin pozulması və qarşılıqlı hərbi addımlar gərginliyin əsas səbəblərindən biri kimi göstərilir.

Livanın “Əl-Məyadin” telekanalının məlumatına görə, Tehran ABŞ və regiondakı vasitəçiləri xəbərdar edib ki, Livandakı vəziyyət gələcək danışıqların əsas gündəm mövzularından biri olacaq.

İran rəsmiləri İsrailin hərbi addımlarını əvvəlki razılaşmalara zidd kimi qiymətləndirir. Lakin digər tərəfdən bölgədəki vəziyyət İsrail əməliyyatlarının “Hizbullah”ın fəaliyyətinə cavab xarakteri daşıdığını göstərir.

Məlumata görə, qarşıdakı 60 günlük danışıqlar mərhələsi hələ başlamadan risk altına düşüb. Analitiklər hesab edirlər ki, Tehran diplomatik prosesi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır və İsrailin təhlükəsizlik tədbirlərinə məhdudiyyət qoyulmasını şərt kimi irəli sürür.

Ekspertlərin fikrincə, bu yanaşma regionda sülh prosesini çətinləşdirir və tərəflər arasında etimadın formalaşmasına mane olur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью