İran italyanların ölümündə günahı Ukraynaya atdı

27.11.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Ukraynanı Küveytə pilotsuz uçuş aparatları ilə hücum təşkil etməkdə ittiham ediblər. Hücum nəticəsində "Rheinmetall Italia" şirkətinin iki italiyalı mütəxəssisi həlak olub, daha ikisi isə yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Post" İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Mərəndiyə istinadən yazıb.

O bildirib ki, zərbə ABŞ Prezidenti Donald Trampa Kiyevin imkanlarını nümayiş etdirmək məqsədi daşıyan, başqa tərəfin adından həyata keçirilmiş əməliyyat ola bilər.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Yaxın Şərqin müxtəlif ölkələrində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərirlər. Qeyd olunub ki, analoji bəyanatları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan "Fars" agentliyi də yayıb.

Küveyt və İtaliya hökumət orqanları hücuma görə məsuliyyəti İranın üzərinə qoyublar. Lakin Tehran hadisəyə aidiyyəti olduğunu inkar edir. İranın Romadakı səfirliyi də Fars körfəzində münaqişəni genişləndirməyə və Avropa ölkələrini ona cəlb etməyə yönəlmiş mümkün təxribatlar barədə bəyanat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью