Icma.az bildirir, Bizimyol portalına istinadən. Vropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas Suriyanın gələcəyi ilə bağlı açıql
Bizimyol.info xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi yazıb.
Dekabrın 16-da Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Aİ-nin Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqunun şərti Rusiya bazalarının çıxarılması olmalıdır və həmçinin İran və Rusiyanın respublikanın gələcək quruculuğunda heç bir rol oynaya bilməz.
“Bəlkə də Aİ-nin yeni xarici siyasət rəhbəri Kaya Kallasın regionda ən azı son otuz il ərzində baş verən hadisələri diqqətlə təhlil etməsinin vaxtı çatıb.
Bir və ya bir neçə oyunçunu “regional tənlik”dən kənarlaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur və bu, bütün regionun sabitliyinin pozulmasına başa gələcək”, - deyə agentlik qeyd edib.
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Kallasın Suriya ilə bağlı sözlərini şərh edərkən: “Xarici gücün iradəsini başqa bir bölgəyə sırımaq dövrü çoxdan başa çatıb”, - deyə bildirib.
Onun fikrincə, Aİ Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqə məsələsinə yanaşmalarına yenidən baxsa, “əgər onlar həqiqətən müəyyən rol oynaya biləcəklərinə inanırlarsa”, daha yaxşı olardı.
Noyabrın 27-də müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib.