İran Kanadanın insan haqları ilə manipulyasiyasını pisləyib

10.03.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kanadanın insan haqları bəhanəsi ilə İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələr arasında azad ticarəti tənzimləyən beynəlxalq hüququn prinsiplərinə zidd olan siyasi və hiyləgər bir addımdır".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin köməkçisi və İran Xarici İşlər Nazirliyinin Amerika Departamentinin baş direktoru İsa Kameli deyib.

O, bu addımın qeyri-qanuni olduğunu və Kanada hökumətini beynəlxalq aləmdə məsuliyyətə cəlb etdiyini bildirib.

"Kanada Fələstin xalqının soyqırımında iştirakı etmək də daxil olmaqla, insan haqlarını pozan əsas ölkələrdən biridir. Kanada rəsmilərinə öz daxili və beynəlxalq çıxışlarında islahatlar aparmağı və başqalarına qarşı ittihamlar səsləndirmək əvəzinə yerli əhalinin müstəmləkəçiliklə məhv edilməsi siyasətini dayandırmağı tövsiyə edirik", - deyə Kameli qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью