Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran pilotsuz təyyarəsi Kiprdəki Britaniya Hərbi Hava Qüvvələrinin aviabazasına hücum edib.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, bu, Britaniya baş naziri Keir Starmerin ABŞ-a bu bazadan İran raket bazalarına zərbələr endirməsinə icazəsindən qısa müddət sonra baş verib.
Məlumata görə, gecə yarısı Limasoldakı aviabazada partlayış səsi eşidilib və “təhlükəsizlik təhdidi” elan edilib.
“Cyprus Mail” qəzeti isə İran pilotsuz təyyarəsinin Britaniya aviabazasına hücum etdiyini, bunun “Şahed 136” dronu ola biləcəyini qeyd edib.
Böyük Britaniya Müdafiə Nazirliyi Kiprdəki hava bazasına pilotsuz təyyarə zərbəsi endirildiyini təsdiqləyib. Nəticədə, obyektdə ehtiyat tədbirləri görülüb.
Kiprdən əlavə, İran Türkiyədəki Amerika İncirlik hava bazasına da hücum edib. Türkiyə mediası bu barədə məlumat yayıb, lakin hələlik rəsmi təsdiq yoxdur.
E. KAMAL