İran klubu “Real”ın sabiq qapıçısını “rənglərinə bağladı”

08.08.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İstiqlal" ispaniyalı qapıçı Antonio Adanla müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı ispaniyalı İran klubuna azad agent kimi keçib. Onun sözləşməsi 1 illik nəzərdə tutulub.

Adan 2024-cü ildən, Lissabon "Sportinq"indən ayrıldıqdan sonra klubsuz idi. O, karyerası ərzində yetirməsi olduğu "Atletiko" ilə yanaşı, "Betis", "Kalyari" və Madrid "Real"ının formasını geyinib.

Qeyd edək ki, qolkiper ümumilikdə karyerası ərzində bütün turnirlərdə 432 oyun keçirib və 511 qol buraxıb. 156 matçda isə qapısının toxunulmazlığını təmin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью