İran Körfəzi minalamaqla hədələyib: ABŞ ın adalara hücumuna cavab xəbərdarlığı

23.03.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İran, ABŞ-ın İran sahillərinə və ya adalarına qarşı quru əməliyyatına başlayacağı təqdirdə Fars körfəzindəki bütün dəniz yollarını minalayacağını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Müdafiə Şurası məlumat yayıb.

"Düşmənin İran sahillərinə və ya adalarına qəsd etmək cəhdi Fars körfəzindəki və sahil boyu bütün dəniz yollarının və rabitə xətlərinin müxtəlif növ dəniz minaları, o cümlədən sahildən quraşdırıla bilən üzən minalarla minalanmasına səbəb olacaq", — deyə "Fars" agentliyi bəyanatdan sitat gətirib.

Mənbə həmçinin qeyd edib ki, İrana qarşı düşmən mövqedə olmayan istənilən ölkə Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə bilər.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью