İran kürdlərə qarşı hücuma KEÇDİ

03.03.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İran İraq kürdlərinə qarşı hücuma keçib.

“Cebheinfo.az” bu barədə “Tasnim”-ə istinadən xəbər verir.

"İraqın Süleymaniyyə şəhərində yerləşən kürd terrorçu qruplarının qərargahına pilotsuz təyyarə hücumu olub",-deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edərək dağıntılara və insan tələfatına səbəb olublar. 

Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail-ABŞ hücumunda İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər də öldürülüb.

Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücuma başladığını elan edib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью