İran Küveytdə ABŞ bazasını və Hind Okeanının şimalındakı gəmiləri hədəf alıb

02.03.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İran Silahlı Qüvvələri Küveytdə ABŞ-ın Ali əs-Salem hərbi bazasına və Hind Okeanının şimal hissəsində düşmən gəmilərinə raket zərbələri endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının ordusunun açıqlamasında bildirilib.

“Ordunun quruda və dənizdəki raket bölmələri son saatlarda müxtəlif ərazilərdən Küveytdəki ABŞ hava bazası Ali əs-Salem və Hind Okeanının şimalındakı düşmən gəmilərinə raket zərbələri endirib, 15 qanadlı raket buraxılıb,” – deyə İranın dövlət televiziyası açıqlamaya istinadla xəbər verir.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью