İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb

26.11.2026

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Küveytə dron zərbəsi endirib.

SİA xəbər verir ki, ANSA-nın xəbərinə görə, Küveyt Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Almaniyanın “Rheinmetall” şirkətinin İtaliyadan olan iki əməkdaşı ölkənin strateji əhəmiyyətli infrastruktur obyektinə qarşı dəf edilən hücum zamanı qəzaya uğrayan dronların qəlpə zərbəsindən ölüblər.

Məlumata əsasən, ölən italiyalılar mart ayından etibarən İranın mümkün cavab hücumlarından Körfəz ölkələrini qorumaq və İtaliyanın enerji təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə göndərilmiş hərbi və mülki heyətin tərkibində olublar.

Qeyd edək ki, Küveytdə pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün “Rheinmetall” şirkətinin “Skynex” zenit müdafiə sistemi yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью