İran Küveytə hücum ittihamlarını rədd etdi: Regionda hərbi əməliyyat keçirməmişik

27.11.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şikarçi bildirib.

Onun sözlərinə görə, bu cür ittihamlar sonrakı düşmənçilik hərəkətlərini ört-basdır etmək və regionda qeyri-sabitliyi artırmaq cəhdi kimi qiymətləndirilməlidir.

İranın Romadakı səfirliyi isə bəyanat yayaraq iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən Küveytdəki hərbi obyektə pilotsuz uçuş aparatı hücumunda Tehranın əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib. Diplomatik nümayəndəlik həmçinin regionda münaqişələrin miqyasının genişləndirilməsinə yönəlmiş addımlardan çəkinmə barədə çağırış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью