İran Larka hücumdan sonra ABŞ ı ağır cavab zərbəsi ilə hədələyib

31.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi, ölkənin Lark adasına hücumdan sonra ABŞ-ı cavab tədbirləri ilə hədələyərək, Vaşinqtonun “daha dağıdıcı, daha ağrılı” cavab alacağını söyləyib.

Məlumatı “Anadolu” verib. 

Əzizi ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı İranın Lark adasına hücumundan və mülki şəxslərin ölümünə səbəb olduğu bildirildikdən sonra sosial mediada açıqlama yayıb.

İran parlamentinin üzvü hesab edir ki, İranın qətiyyətini sınamaq üçün yeni bir cəhd ABŞ üçün daha ağır nəticələrə səbəb olacaq: “Əlbəttə ki, miqyasından asılı olmayaraq heç bir cinayət cavabsız qalmayacaq. Uğursuzluqlar zənciriniz dağıdıcı, daha ağrılı və daha ibrətamiz bir cavabla başa çatacaq. Qorxu və dəhşət içində gözləyin!”.

İngilis dilində dərc olunmuş mesajda o, həmçinin yazıb: “İradəmizi bir daha sınayın və daha yüksək bədəl ödəyin. Əks-hücum gəlir - qaçın!”

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью