İran lideri: Tramp söz vermişdi ki, 3 günə...

28.11.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ukrayna müharibəsi ABŞ-nin müdaxiləsi ilə başladı və indi onlar özlərinin sırıdıqları müharibəyə son qoymaq üçün həmin ölkənin boynuna 28 bəndlik plan qoyurlar”.

"Yeni Sabah" SNN-ə istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.

O, Donald Trampın seçkiqabağı vədini xatırladıb: "ABŞ Prezidenti Ukrayna-Rusiya müharibəsini 3 günə nizamlayacağına söz vermişdi. Amma təxminən 1 il keçsə də, hələ də vədini gerçəkləşdirə bilməyib".

İran ideri vurğulayıb ki, ABŞ böhranların başlanmasına görə məsuliyyət daşıdıqda belə, digər ölkələrə öz iradəsini qəbul etməyə davam edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью