Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqlarının bərpası barədə əmr verib.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat dərc edib.
Qeyd olunur ki, ABŞ ilə nüvə danışıqlarının bir neçə gün ərzində, o cümlədən Türkiyədə keçirilə bilər. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramı ilə bağlı danışıqlar apardıqlarını bildirmişdi.
Bunun fonunda ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə təyyarədaşıyan gəmilərin zərbə qruplarını, qabaqcıl qırıcı təyyarə donanmalarını və raketdən müdafiə sistemlərini yerləşdirir.