Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nazir: “Daha əlverişli avtomobillərin idxalına üstünlük veriləcək”
İran Prezidenti Məsud Pezeşkianın göstərişi ilə İranda lüks avtomobillərin idxalı dayandırılıb. AYNA.AZ “Fars” agentliyinə istinadən bildirir ki, Bu barədə İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabəy deyib.
"Prezidentin birbaşa göstərişi ilə xaricdə yaşayan iranlılar da daxil olmaqla, lüks avtomobillərin idxalı dayandırılıb", - deyə qeyd olunub.
Atabəy qeyd edib ki, “daha əlverişli avtomobillərin idxalına üstünlük veriləcək”.