İran MAQATE nin mənfi qərarına cavab olaraq addımlar atır

12.06.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

İsraildən gələn təhdidlər səbəbindən bölgədə gərginlik davam edərkən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurasının ona qarşı qəbul etdiyi qərardan sonra İran nüvə fəaliyyətlərini sürətləndirmək üçün addımlar atmağa başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

MAQATE rəhbəri deyir ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatına göz yummaq olmaz.

İranın nüvə fəaliyyətlərinə qarşı sərt tənqid və reaksiyaların yer aldığı qərarda, Tehran administrasiyasının Agentlik tərəfindən edilən çoxsaylı əməkdaşlıq çağırışlarına lazımi yanaşma nümayiş etdirmədiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью