İran MAQATE qətnaməsini tənqid etdi XƏBƏRDARLIQ

24.11.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

MAQATE-nin Rəhbərlər Şurasının Tehrana qarşı qəbul etdiyi son qətnamə İran tərəfindən kəskin tənqid edilib.

Bakıvaxtı.az bu barədə Tasnim-ə istinadən  xəbər verir.

Məlumata görə, İran XİN sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, bu addım problemlərin həllinə deyil, onların daha da çətinləşməsinə xidmət edir.

O, Tehranın Qahirədə əldə olunmuş anlaşmanı etibarsız saydığını xatırladaraq, İranın milli maraqlara uyğun qərarlar verəcəyini bildirib.

Bəqayi həmçinin MAQATE rəhbərliyini xarici təzyiqlərə uymamağa və texniki mandatına sadiq qalmağa çağırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью