Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın Müstəqil Dövlətlər Birliyinə (MDB) “MDB+” formatında qoşulması məsələsi hazırda müzakirə olunur. İslam Respublikası bu statusu əldə edən ilk ölkə ola bilər.
Bunu MDB-nin Baş katibi Sergey Lebedev qurumun yaradılmasının 35 illiyi münasibətilə TASS agentliyinin baş direktoru Andrey Kondraşova müsahibəsində bildirib.
“Oktyabrın 9-da Türkmənistanın Avaza turizm zonasında keçirilən sammitdə ilk dəfə İran Prezidenti Məsud Pezeşkian iştirak edib. O, İranın ‘MDB+’ formatında əməkdaşlığa başlamaq istədiyini bildirib. Bu məsələ MDB-də bir çoxlarının marağına səbəb olub. Hiss edirəm ki, münasibət əsasən müsbətdir. Hazırda İrana bu statusun verilməsi və onun bu formata qoşulan ilk dövlət olması məsələsi həll edilir”, – deyə Lebedev qeyd edib.