Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. İran hakimiyyəti Bəşər Əsədi qətiyyət göstərməməkdə ittiham edib.
Sfera.az “The Wall Street Journal” (WSJ) nəşrinə istinadən xəbər verir ki, bunu adını açıqlamayan Suriya rəsmiləri bildirib.
Onların dediyinə görə, İran hakimiyyəti islamçı qruplarla qarşıdurmaya hazır olmadığına və İranın təklif etdiyi əlavə qüvvələrdən imtina ediyinə görə Bəşər Əsədi günahlandırıb.
WSJ-nin məlumatına əsasən, İran Bəşər Əsəd hökumətinə əvvəlcə yardımın məhdud olacağını çatdırıb.
Lakin sonradan Tehran İsrailin təhdidinə görə Dəməşqə əlavə hərbi qüvvə göndərə bilməyəcəyini deyib.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, verilən vədlərə baxmayaraq, ötən həftə Suriyaya uçan İran təyyarəsi İsrailin hava qüvvələrinin hücumlarından qorxaraq geri qayıdıb.
WSJ-nin yazdığına görə, İran hakimiyyəti yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) döyüşlərə qarışmamaq əmrini verib və daha sonra şəxsi heyətin ölkədən təhlükəsiz çıxarılmasını təşkil edib.
Nəşr yazır ki, İran hələ paytaxtın silahlı müxalifətin nəzarətinə keçməsindən xeyli əvvəl Suriyadan diplomatlarını və hərbi müşavirlərini geri çəkməyə başlayıb.