İran Mehdi, Saleh və Səidi edam etdi

19.03.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

İranda iki polis məmurunu öldürmək və İsrail-ABŞ üçün əməliyyat tədbirləri görmək ittihamları ilə saxlanılan İran Milli İnqilabının üç etirazçısı edam edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb. 

Edam edilənlər - Mehdi Qasemi, Saleh Məhəmmədi və Səid Davudi adlı şəxslər olub. 

Onlara qarşı irəli sürülən digər ittihamlar arasında insanları müharibəyə təhrik etmək və ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə adam öldürmək də var.

Sözügedən şəxslər Qum şəhərində edam olunub. 

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью