Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Məkkə Sazişində iştirak edən Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nümayəndələri bazar ertəsi günü regional koordinasiyanı müzakirə etmək üçün İran rəsmiləri ilə görüşəcəklər.
“Cebheinfo.az” bu barədə “Reuters”-ə istinadən məlumat verir. Birgə müdafiə müqaviləsi olan Məkkə Sazişi 7 avqustda Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə tərəfindən imzalanıb. Razılaşmaya əsasən, iştirakçı ölkələrin hər hansı birinə silahlı hücum hər üçünə hücum hesab olunur:
"Məkkə Sazişi ölkələrinin - Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri bazar ertəsi günü Tehranda İran rəsmiləri ilə regional koordinasiyanı müzakirə etmək üçün görüşəcəklər".
Mənbələrə görə, Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud, Pakistanı ordu rəisi Asim Munir və Türkiyəni isə Türkiyə kəşfiyyatının rəhbəri təmsil edəcək.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin