İran “məxməri” yolla türkləşəcək: Bunu hansı dəli edər?” | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. İranda Azərbaycan dili tədris oluna bilər.
Belə ki, İran Parlamentinin Təhsil, tədqiqat və texnologiya Komissiyasının sədri Əlirza Munadi Sefidan rəhbərlik etdiyi komissiyada ölkənin məktəb və universitetlərində yerli, etnik dillərin tədrisi layihəsinə yenidən baxıldığını deyib.
O, layihənin təsdiqləndiyini açıqlayıb. Əgər layihə icra olunsa, Azərbaycan dilinin Güney məktəblərində tədrisi başlayacaq.
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, ölkədə rəsmi yazışma dili olan fars dili ilə yanaşı, digər dillərin də inkişafına şərait yaradılmalıdır: "Bu hüquq İran xalqlarına 1979-cu il Konstitusiyası ilə verilib.
Lakin paniranist rejim heç zaman bu hüququ qeyri-fars millətlərinə verməyib.
Ölkədə iki inqilab lideri-yəni İranın rəhbəri olub, neçə prezident dəyişib, ancaq hiyləgər rejim hər dəfə bir bəhanə uyduraraq bu qanunun yanından keçib.
Hələ Təbrizin millət vəkili olarkən Məsud Pezeşkian dəfələrlə bu məsələni gündəmə gətirib. Lakin heç nəyə nail ola bilməyib.
İndi prezidentdir. Seçki kampaniyası dövründə gözqamaşdıran vədlər verdi.
Tam oxu
Xəbəri oxu