İran millisi DÇ 2026 nın final mərhələsində

25.03.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

QOL.az xəbər verir ki, komanda bu gün DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin 8-ci turu çərçivəsində Özbəkistanla qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

1-ci qrupda yer alan İran millisi seçmə mərhələnin başa çatmasına 2 tur qalmış 20 xal toplayıb. Reqlamentə əsasən, hər qrupdan ilk 2 yeri tutan komandalar mundiala birbaşa vəsiqə qazanacaqlar. BƏƏ 7 turdan sonra 10 xalla 3-cü yerdədir. Sözügedən komanda istənilən halda qrupda İran yığmasını ötə bilməyəcək.

Beləliklə, qonşu ölkənin yığmasının DÇ-2026-nın final mərhələsində mübarizə aparacağı dəqiqləşib.

Daha əvvəl Yaponiya və Yeni Zelandiya mundiala vəsiqə qazanıb. 

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью