İran millisində viza problemi: DÇ 2026 da iştirak etməyə bilər

16.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

İran millisinin futbolçusu Mehdi Torabinin ABŞ vizasının müddəti başa çatıb.

Apasport.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DÇ-2026 üçün futbolçulara çoxgirişli viza verilsə də, Torabinin vizası yalnız bir dəfə ABŞ-a giriş üçün nəzərdə tutulub.

Yarımmüdafiəçi Los-Ancelesdə keçirilən İran – Yeni Zelandiya matçından (2:2) sonra ölkəni tərk etdiyi üçün vizasının müddəti bitib.

İran Futbol Federasiyası Torabinin növbəti oyunlarda komandaya qoşula bilməsi üçün vizanın yenidən rəsmiləşdirilməsi istiqamətində işlərə başlayıb.

Qeyd edək ki, İran millisi DÇ-2026-nın G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparır.

DÇ-2026: Fransa mübarizəyə başlayır - YENİLƏNİR Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi Konfrans Liqası: "ZİRƏ"NİN RƏQİBİNİN ADINA AYDINLIQ GƏLİR - YENİLƏNİR Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLUR - YENİLƏNİR Avropa Liqası: "QARABAĞ"IN RƏQİBİ MÜƏYYƏNLƏŞİR - YENİLƏNİR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью