İran millisindən yekun qərar ABŞ da qalmaq olmayacaq

07.06.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq

İran millisinin 2026-cı il dünya çempionatında ABŞ ilə bağlı planı açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə İranın Meksikadakı səfiri Əbülfəzl Pasandide məlumat verib.

Onun sözlərinə görə, İran yığması ABŞ-da keçiriləcək oyunlara yalnız matç günü gələcək və qarşılaşmadan dərhal sonra yenidən Meksikadakı əsas düşərgəsinə qayıdacaq.

Beləliklə, komanda ABŞ ərazisində qalmaq və orada hazırlıq keçmək əvəzinə, hər oyuna birgünlük səfər edəcək.

Qeyd edək ki, İran millisinin DÇ-2026-da ev bazası Meksikada yerləşəcək. G qrupunda yarışan komanda oyunlarını (Belçika, Misir və Yeni Zelandiyaya qarşı) ABŞ-da keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью