İran millisinin forvardı ÇSKA ya keçir

05.08.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İran millisinin hücumçusu Mehdi Taremi “Olimpiakos”dan ayrılaraq, Rusiyaya yollanmağa hazırlaşır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvard ÇSKA-ya keçə bilər. Hazırda tərəflər arasında danışıqlar gedir. Mehdi 2025/2026 mövsümündə “Olimpiakos”un heyətində 39 matçda 16 qol vurub, 6 asist edib.

34 yaşlı futbolçunun “Olimpiakos”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “İrancavan”, “Şahin Buşehr”, “Persepolis”, “Əl-Qarafa”, “Rio Ave”, “Porto”, “İnter” klublarında oynayıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью