İran MN: “Yalnız bu gəmilər Hörmüzdən keçə bilər”

18.04.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Hörmüz Boğazı yalnız atəşkəs çərçivəsində, müəyyən gəmilər üçün məhdudiyyətlər olmaqla açıqdır”.
Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei-Nik bildirib.
 

"Hərbi və düşmən qüvvələrlə əlaqəli gəmilərin Hörmüzdən keçidi qadağandır", - deyə nazirlik rəsmisi bildirib.


O əlavə edib ki, mövcud vəziyyət müvəqqətidir və Livanda Hizbullaha təzyiq güclənərsə, dəyişə bilər.
Xatırladaq ki, aprelin 17-də ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açıq elan edildiyini bildirib və buna görə İran rəhbərliyinə təşəkkür edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью