Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
"İran 12 günlük və 40 günlük müharibələrdə mövcudluq mübarizəsi ilə üz-üzə idi. ABŞ bu müharibələrdə məğlubiyyətlə üzləşib və öz hədəflərinə çata bilməyib", - o deyib.
Xətibzadənin fikrincə, ABŞ və İsrailə qarşı müharibədə qalib tərəf İrandır: "İndi ən vacib məsələ bu qələbənin möhkəmləndirilməsidir".
O həmçinin İranın müdafiə doktrinasında nüvə silahına yer olmadığını xatırladıb.