İran müdafiə naziri təhdid etdi “Əlimiz tətikdədir”

30.06.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“İran mövcud razılaşmaya baxmayaraq, ABŞ-yə etibar etmir”.

Bakupost.az xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsini icra edən Məcid Rza deyib.

“Düşmənə etibar etmirik, barmağımız tətikdədir. Atəşkəsin istənilən şəkildə pozulmasına qarşı zəruri və adekvat tədbirlər görəcəyik”, - o bildirib.

Əl-Rza əlavə edib ki, Hörmüz boğazı regiondankənar ölkələr tərəfindən sui-istifadə olunmamalıdır:

“Xarici hərbi qüvvələrin bölgədəki mövcudluğu təhlükəsizliyi təmin etmir, əksinə, anlaşılmazlıq, etimadsızlıq və qeyri-sabitliyin artmasına səbəb olur”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью