İran müdafiə olunacaq Pezeşkian

29.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Biz hesab edirik ki, müharibə və münaqişə heç bir tərəfin maraqlarına cavab vermir və biz qarşılıqlı fəaliyyət, diplomatiya yoluna üstünlük veririk, lakin özümüzü müdafiə etməkdə tərəddüd etmirik.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığında deyib.

Pezeşkian ABŞ-ın danışıqlar təklifinə də münasibət bildirib:

"Əgər Amerika həqiqi diplomatiyaya can atırsa, təxribatçı hərəkətləri dayandırmalıdır".

Qeyd edək ki, Pezeşkian və Şahbaz Şərif telefon danışığında Yaxın Şərqdə vəziyyətin inkişafını da müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью