İran müharibə şəraitinə görə xüsusi qərargah yaratdı

06.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İranın İqtisadiyyat Nazirliyinin nəzdində müharibə şəraitinin yaratdığı problemlərin operativ həlli məqsədilə "İqtisadi Müharibə Qərargahı" yaradılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın iqtisadiyyat nazirinin müavini Murtəza Zəmanian məlumat verib.

Zəmanian bildirib ki, İqtisadiyyat Nazirliyi yanında yaradılan "İqtisadi Müharibə Qərargahı" müharibə şəraitində yaranan iqtisadi çətinliklərin çevik şəkildə həllinə və aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsinə xidmət edəcək. Dominos pizza

Nazir müavini vurğulayıb ki, bu mexanizm vasitəsilə problemlərin həlli və tənzimlənməsi zamanı bürokratik gecikmələrin qarşısını almaq mümkün olacaq./Oxu.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью