İran müharibəni dayandırmaq üçün 7 şərt irəli sürdü

02.11.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə son qoymaq məqsədilə diplomatik səylər güclənərkən Tehran sülh danışıqlarına başlamazdan əvvəl yeddi şərtinin yerinə yetirilməsində israr edir.

Turkustan.az xəbər verir ki, ABŞ və İran arasında gərginlik davam etdiyi bir vaxtda Qətərin vasitəçiliyi ilə iki ölkə arasında dolayı danışıqlar aparılır. Qətər mediası danışıqlarda irəliləyiş əldə edildiyini bildirsə də, hələlik konkret nəticə yoxdur.

ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana hücum əmri verə biləcəyi iddia olunur.

Beynəlxalq media orqanlarının məlumatlarına görə, İsrailin Baş naziri Benyamin Netanyahu da Trampa İrana qarşı yeni hərbi əməliyyata başlamaq üçün təzyiq göstərir. Tehran isə yeni hücumların münaqişəni daha geniş əraziyə yayacağı barədə xəbərdarlıq edir.

Gərginliyin artdığı bu kritik mərhələdə İran müharibəyə son qoyulması üçün vasitəçilər vasitəsilə ABŞ-a təqdim etdiyi yeddi şərtin yerinə yetirilməsində israr edir.

Tehran rəhbərliyi həmin şərtlərlə bağlı hələlik ətraflı və ardıcıl izahat verməyib. Bununla belə, irəli sürülən tələblərin ABŞ və İran arasında daha əvvəl imzalanmış 14 maddəlik anlaşma memorandumunun 1, 2, 4, 10 və 11-ci bəndləri ilə paralellik təşkil etdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью