İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar

25.03.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Wall Street Journal”ın məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ ordusunun Kral Fahd Hərbi Hava Bazasına girişinə icazə verməyə razılıq verib.

Qəzetin məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanı uzun müddət “ərazimizin İranla müharibədə istifadə olunmasına icazə verməyəcəyik” mövqeyini dəyişərək, ABŞ qüvvələrinə Kral Fahd Hərbi Hava Bazasından istifadə imkanı verib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

“Wall Street Journal” həmçinin mənbələrə istinadla qeyd edir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla əlaqəli bir xəstəxana və klubun fəaliyyətini dayandırıb. Bu addımın Tehran üçün mühüm dəstək kanallarından birini zəiflətdiyi bildirilir.

Məlumata görə, yayılan videolarda İran hədəflərinə qarşı istifadə olunan bəzi raketlərin Bəhreyndən buraxıldığı da müşahidə edilib.

Qəzet ABŞ ordusunun region ölkələrinin dəstəyi ilə bağlı suala isə şərh verməkdən imtina etdiyini yazıb.

“Wall Street Journal”ın xəbərindən sonra neft qiymətlərində cüzi artım qeydə alınıb, ABŞ fond bazarı fyuçersləri isə əvvəlki qazancını itirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью