Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın bu həftə İordaniyadakı hərbi bazalara endirdiyi zərbələr nəticəsində çox sayda ABŞ hərbçisinin yaralandığı iddia olunur.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana qarşı həyata keçirilən son hücum dalğasının başa çatdığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, “CBS News” telekanalına anonimlik şərti ilə danışan ABŞ rəsmiləri İranın İordaniyadakı hərbi bazalara hücumlarını şərh ediblər.
Rəsmilər hücumlar nəticəsində çox sayda ABŞ hərbçisinin yaralandığını bildiriblər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gün ABŞ-nin İordaniyada yerləşən hərbi bazasında dislokasiya olunmuş döyüş və yanacaqdaşıyan təyyarələrin raketlər və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alındığını açıqlamışdı.
Bundan əlavə, İran ordusu iyulun 15-də ABŞ hərbçiləri və hərbi təyyarələrinin yerləşdiyi İordaniyanın Əl-Əzraq (Muvaffaq Salti) Hərbi Hava Bazasına kamikadze PUA-larla zərbə endirdiyini bəyan etmişdi.
Bu arada, ABŞ Mərkəzi Komandanlığı İrana qarşı başladılan son hücum dalğasının başa çatdığını açıqlayıb.
CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib ki, ardıcıl yeddinci gecə həyata keçirilən əməliyyat zamanı müşahidə məntəqələri, hərbi-logistika infrastrukturu və dəniz nəqliyyatı ilə bağlı imkanlar hədəfə alınıb.
Açıqlamada həmçinin, "CENTCOM İranı məsuliyyətə cəlb etməyə və dəniz blokadasını tətbiq etməyə davam edir", - deyə qeyd edilib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin