İran müharibəsinə rəhbərlik edəcək Qorilla KİMDİR?

21.06.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika İrana qarşı hərbi əməliyyatlara başlamaq barədə qərar qəbul etsə, ona "Qorilla" ləqəbli general rəhbərlik edəcək. 

"Cebheinfo.az" xəbər verir ki,  bu barədə Amerika mətbuatı yazıb.  Məlumata görə,  onun ləqəbi soyadından götürülüb- Mayk Kurilla. O, ABŞ Ordusunun Yaxın Şərqə cavabdeh olan mərkəzi komandanlığının əməkdaşıdır.

Amerikanın müdafiə naziri Pit Heqset ona bütünlüklə etibar edir və o, iclaslar zamanı Prezidenti Trampın da diqqətini cəlb edir. General İraq, Əfqanıstan, Suriya müharibələrində təcrübəyə malikdir. 

2005-ci ildə Mosula hücuma rəhbərlik edir, 3 dəfə yaralanıb, ancaq döyüşü davam etdirib. O, qəhrəmanlığa görə "Bürünc ulduz" mükafatı alıb. Yaxın Şərqə yaxşı bələddir, İsrail və İran müharibəsinin bütün detallarını bilir. 

Xəzər 
"Cebheinfo.az"

Açar sözlər: İran İsrail Qorilla

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью