Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a vasitəçilər vasitəsilə təqdim etdikləri yeddi maddəlik planın Prezident Donald Tramp tərəfindən rədd edildiyini eşitdiklərini, lakin hələ rəsmi cavab almadıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Əraqçi ABŞ-da NBC News-a müsahibəsində İranın məqsədinin ABŞ-ın başlatdığı “təcavüzkar müharibə”yə son qoymaq olduğunu deyib.
“Onlar bu müharibəni səkkiz ay əvvəl başladılar və iki-üç gün ərzində qalib gələcəklərini düşünürdülər. Amma səkkiz ay keçib və biz onun bitməsini istəyirik”, - deyə Əraqçi bildirib.
Nazir ABŞ-a təqdim etdikləri yeddi maddəlik təklifin “çox ağlabatan” olduğunu vurğulayıb: “Masada çox ağlabatan bir plan var. Əgər onlar bunu səbəbsiz rədd etsələr, bu, onların səhvi olacaq”.
Əraqçi bildirib ki, "Müharibənin yenidən başlamasına tam hazırıq. Hətta apokaliptik müharibə olsa belə, istənilən yeni təcavüzə qarşı qətiyyətliyik. Amma eyni zamanda diplomatiyaya da hazırıq. Seçim Prezident Trampdan asılıdır".
Aytən Yaşar/ Turkustan.az