İran münaqişəsi regional nəqliyyat məntiqini dəyişir │ ŞƏRH

29.07.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

“The National Interest” yazır ki, hərbi risklər, sanksiyalar, sərhədlərin bağlanması ehtimalı dövlətləri alternativ yollar axtarmağa vadar edir. Xüsusilə Mərkəzi Asiya dövlətləri bir istiqamətdən asılı qalmamaq üçün İran, Xəzər dənizi, Çin, Əfqanıstan, Pakistan da daxil olmaqla çoxşaxəli alternativ yollara sərmayə qoyurlar. Bu zaman ən qısa və sərfəli yox, hətta böhran halında belə, ticarəti davam etdirməyə imkan verəcək ən dayanıqlı və təhlükəsiz dəhlizlər seçilir.
İran Fars körfəzi, Qafqaz, Mərkəzi və Cənubi Asiya arasındakı mövqeyi sayəsində mühüm coğrafi üstünlüyünü hələ də qoruyub saxlayır. Lakin indi hökumətlər yeni sanksiyalar, mümkün hərbi eskalasiya, sığorta və logistika sahəsindəki kəsinti risklərini nəzərə almağa məcburdurlar. Bu mövzuda Qazaxıstan maraqlı nümunə kimi çıxış edir. Belə ki, Rusiya istiqamətində problemlər yaranandan sonra da bu ölkə əvvəlcədən şaxələndirilmiş ixrac sistemi sayəsində neft satışını qoruyub saxlaya bilib.
“The National Interest” nəşrinin qiymətləndirməsinə görə, münaqişənin əsas nəticəsi regional ticarətə yanaşmanın dəyişməsidir. Ölkələr bir optimal marşrut axtarmaq əvəzinə, geosiyasi qeyri-sabitlik şəraitində belə işləyə bilən, bir-birini tamamlayan dəhlizlər şəbəkəsi yaratmağa çalışırlar. Belə bir yanaşma strateji çevikliyi iqtisadi səmərəlilik qədər vacib edir.
Tariyel Həsənov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью