Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
İranla bağlı münaqişə uzanacaq, lakin onun intensivliyi dəyişəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş deyib. Onun sözlərinə görə,münaqişənin hazırkı forması məhdudlaşdırma tədbirlərinin uğursuzluğunun nəticəsidir:
"ABŞ İrana qarşı hərbi əməliyyatlara başladıqdan sonra münaqişə genişləndi və bölgədə daha böyük bir müharibəyə çevrildi. Bu, davam edəcək bir münaqişədir və mütləq indiki kimi görünməyəcək".
BƏƏ prezidentinin müşaviri münaqişənin tezliklə həlli istiqamətində diplomatik addımların intensivliyinin artırılmasına ciddi ehtiyac olduğunu deyib.
Anar