İran müzakirələrinin arxa planı Səfirlik dəhlizlərində nələr baş verir?

02.02.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Yaxın Şərq misli görünməmiş bir gərginliyin astanasındadır. ABŞ Prezidenti Donald Tramp rəhbərliyindəki administrasiya “USS Abraham Lincoln” təyyarədaşıyanın liderliyində Körfəzdə böyük hərbi qüvvə yığarkən, İran rejimi həm qarşısı alınmaz bir hərbi təhdidlə, həm də iqtisadi narazılıqlardan doğan daxili etirazlarla üz-üzədir. Bu vəziyyətlə əlaqədar İsveçrə və Qətər vasitəsi ilə aparılan diplomatik səylər, həmçinin Omanın arxa plandakı vasitəçilik rolu gərginliyi minimuma endirməyə çalışır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İran mənbələrinin məlumatına görə, ən yüksək gərginlik dövrlərində belə bir neçə müzakirə kanalı səssizcə fəaliyyət göstərib. İran tərəfi bildirir ki, vəziyyət açıq münaqişəyə doğru irəliləsə də, Vaşinqtonla danışıqlar heç vaxt dayandırılmayıb.
İsrail isə son iki ildə “silahlı gözləmə” strategiyasındadır. 12 günlük müharibədə İranın strateji qabiliyyətinin bir hissəsi zərərsizləşdirdikdən sonra, Tel-Əvivin mövqeyi İranın diplomatik manevrləri yalnız siyasi taktikadır. İsrailə görə İran rejiminin iqtisadi çöküşü və etiraz dalğaları, ballistik raket proqramının məhvinin sürətləndirilməsini tələb edir. Bu mövqe ABŞ-ın mövqeyi ilə fərqlidir. Tramp administrasiyası isə sanksiyaların və danışıqların, hazırkı mərhələdə, hərbi müdaxilədən daha səmərəli olduğuna inanır.
Müzakirələrin əsas kanalı kimi, Tehrandakı İsveçrə səfirliyi çıxış edir. Burada təkliflərin ötürülməsi və təcili mesajların çatdırılması həyata keçirilir. Bundan əlavə, BMT və digər maraqlı tərəflərin rəsmi qurumları vasitəsilə daha az effektiv kanallar da fəaliyyət göstərir. Hazırkı proses, İsveçrə, Qətər və strateji baxımdan Omanın iştirak etdiyi bir neçə kanalı əhatə edən qarşılıqlı niyyət testidir.
Qətər diplomatik fəallığı ilə, İranın nüvə və ballistik raket proqramları, zənginləşdirilmiş uran və proksi qüvvələr məsələlərində müzakirələri qəbul etməsini təşviq edir. Omanın rolu isə daha çox uzunmüddətli strategiya çərçivəsində, potensial böhranların idarə edilməsinə yönəlib.
Tramp administrasiyası İran rejiminə iki yol təqdim edib: ya hərbi qarşıdurma, ya da proksi qüvvələr şəklində “inqilab ixracını” dayandıraraq, zənginləşdirilmiş uranı təhvil verərək, ballistik raket və pilotsuz aparat istehsalını dayandırmaqla xilas olmaq.
İran daxilində islahatçılar sanksiyaların ləğvi, iqtisadiyyatın bərpası və küçə etirazlarının yatırılması qarşılığında rejimin qorunmasını vacib hesab edir. Digər tərəfdən, mühafizəkarlar – SEPAH və ali dini lider Xameneiyə yaxın olanlar – bu tələbləri “strateji intihar” və rejimin əsas çəkindirici vasitələrindən məhrum olmaq kimi qiymətləndirir. “Keyhan” qəzeti də bu mövqeyi dəstəkləyərək, İranın proksi qüvvələrdən imtina etməsinin müdafiə doktrinasının çöküşü və ölkənin gələcək müharibələrdə məğlub vəziyyətə düşməsi ilə nəticələnəcəyini yazır.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью