İran Naxçıvana gedən avtobusu niyə saxlayıb? Açıqlama + FOTO | Icma.az
Icma.az, Mia.az saytına istinadən bildirir. Ötən gün gecə saatlarında Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobusun İran gömrüyünü keçdi
Bu avtobusların 50 nəfərə yaxın sərnişini gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib.
Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.
Mia.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a saxlanılan avtobusların sərnişinləri məlumat veriblər.
Onların sözlərinə görə, sərnişinlərə nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsilə Culfa gömrüyünə qədər getməyə icazə verilir.
İran tərəfi sərnişinlərə bildirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş.
İran tərəfi onları təhdid edərək avtobusların saxlanılmasını ictimailəşdirməməyi, həmin yerdən aralanacaqları təqdirdə həbs olunacaqlarını bildirib.
Mia.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qafqazinfo-ya bildirilib ki, artıq həmin sərnişinlər Naxçıvana çatıblar: “Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı.
Tam oxu
Xəbəri oxu