İran nə döyüş meydanını, nə də danışıqlar masasını tərk edib Pezeşkian

08.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin həm diplomatik, həm də müdafiə istiqamətində fəaliyyətini davam etdirdiyini bəyan edib.

Redaktor.az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Pezeşkian bildirib ki, İran xalqının hüquqlarını qətiyyətlə müdafiə edəcək və heç bir təhdid qarşısında geri çəkilməyəcək.

“Biz millətin hüquqlarını güclü şəkildə müdafiə edəcəyik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”, - deyə İran prezidenti vurğulayıb.

O qeyd edib ki, İran nə döyüş meydanını, nə də danışıqlar masasını tərk edib.

Prezident diplomatiya və müdafiəni “milli gücün iki qanadı” adlandıraraq, Tehranın hər iki istiqamətə sadiq qaldığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью