İran neft blokadasını ləğv edəcəkmi?

05.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Vaşinqtonun İrana zərbə endirmək planının təxirə salınmasından sonra irəli sürülən yeni təklif nüvə danışıqları çərçivəsindən kənara çıxır və qarşılıqlı gərginliyin azaldılması tədbirləri toplusunu nəzərdə tutur.

Bu barədə “Associated Press” rəsmi mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, təklif Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasını və Fars körfəzi ölkələri ilə İordaniyanı hədəf alan hücumların – o cümlədən İraqdakı İranın dəstəklədiyi qruplaşmalar tərəfindən həyata keçirilən hücumların – dayandırılmasını nəzərdə tutur. Mənbənin iddiasına görə, bunun müqabilində ABŞ İrana qarşı dəniz blokadasını aradan qaldıracaq və Tehranın neft ixracını bərpa etməsinə icazə verəcək. Mənbə vurğulayıb ki, bu şərtlər əsasında yekun razılaşma əldə olunmayıb, lakin vasitəçilər bu istiqamətdə işləri davam etdirirlər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью