İran nefti 20 % bahalaşıb

01.07.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ölkə.az" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.

"Əgər Amerika savaşmaq istəyirsə, biz də savaşmağı yaxşı bacarırıq, bizi neft satışından məhrum edəcəklərsə, heç kim neftdən mənfəət əldə etməyəcək", - o vurğulayıb.

Qalibaf ABŞ-nin razılaşmanı pozma ehtimalını da istisna etməyib. O bildirib ki, iqtisadi təzyiq xalqın çiyinlərindən götürülməlidir:

"On birinci bənddə qeyd olunan sonuncu şərt dondurulmuş pulların, yəni on iki milyard dolların sərbəst buraxılmasıdır".

Qalibaf ABŞ Prezidenti Donald Trampın bu puldan yalnız Amerika fermerlərinin məhsulunu almaq üçün istifadə olunacağına dair bəyanatını da təkzib edib: "Anlaşma memorandumuna əsasən, müxtəlif ölkələrdəki 24 milyard dollarlıq aktivlərimizdən 12 milyard dollarının Mərkəzi Bankın ixtiyarına verilməsi nəzərdə tutulur. Bu da dünyada hər hansı bir malı istənilən qiymətə və istənilən valyuta ilə ala bilmək deməkdir. Bu iş mümkündür və proses həyata keçirilməkdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью