İran neftinə görə 7 şirkət sanksiya altına düşüb

03.09.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə nazirliyinin saytında yerləşdirilən məlumatda belə deyilir.
İraq nefti adı altında İran neftini daşıyan gəmi və şirkətlərin Valid əs-Samarrai adlı iş adamına məxsus olduğu bildirilir. Onun rəhbərlik etdiyi şəbəkə ABŞ sanksiyalarından yan keçmək üçün gizli şəkildə İraq və İran neftini qarışdıraraq İraq nefti adı altında beynəlxalq bazarlara çıxarıb.
Nazirliyin məlumatına görə, İran hökuməti və sözügedən iş adamı bu yolla yüz milyonlarla dollar qazanıb.
“İranın neft gəlirlərini məhdudlaşdırmaqla, rejimin ABŞ-yə və onun müttəfiqlərinə qarşı hücumlar həyata keçirmək qabiliyyətini sarsıdacağıq”, - ABŞ-nin Maliyyə nazirliyi xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью