İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib

17.06.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

5 milyon barel İran neftini daşıyan 3 tanker ötən saatlarda Hörmüz boğazını keçib.

APA xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.

Məlumata görə, tankerlər təyin olunan ticarət nöqtələrinə doğru hərəkət edir.

Qeyd edək ki, dünən də 3 tanker və 2 yük gəmisi Tehranla Vaşinqtonun razılaşmasından sonra Hörmüz boğazında ABŞ-ın dəniz blokadası zonasından keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью