İran nizamlanma planı üzrə ABŞ a cavab göndərib XİN

18.05.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

İran ABŞ-ın münaqişənin nizamlanması planına etdiyi düzəlişlərə cavab olaraq öz qeydlərini Vaşinqtona təqdim edib. 

525.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinqdə deyib.

“ABŞ İranın bu layihəsini açıq şəkildə rədd etdiyini bildirsə də, biz Pakistan vasitəsilə bir sıra qeydlər və düzəlişlər aldıq. Təklifləri nəzərdən keçirdik və dünən elan olunduğu kimi, mövqeyimiz Amerika tərəfinə çatdırıldı”, —Bəqayi qeyd edib.

O vurğulayıb ki, Pakistan Tehran və Vaşinqton arasında dialoqda vasitəçi rolunu oynayır.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью